Kitabların Azərbaycan dilindən ingilis dilinə tərcüməsi üzrə xidmətlər

Azerbaijani Book Translation Services

ProofreadingServices.com olaraq biz bədii ədəbiyyatı və elmi-populyar kitabları Azərbaycan dilindən ingilis dilinə tərcümə etməklə, müəlliflərə yeni oxucular cəlb etməyə və daha çox kitab satmağa kömək edirik. Peşəkar tərcümə xidmətlərimiz 100% insan tərəfindən tərcüməyə əsaslanır və avtomatlaşdırılmış tərcüməyə əsla yol verilmir. Biz sizin yazıçı dilinizi və bədii üslubunuzu qoruyub saxlamaqla dəqiq tərcümələr təmin etməkdən qürur duyuruq.

Bədii tərcümə qiymətlərini öyrənmək üçün bizimlə əlaqə saxlayın.

Kitabınızı Azərbaycan dilindən ingilis dilinə tərcümə etmək nəyə lazımdır?

Siz öz kitabınızı yazmağa aylar və hətta illər sərf etmisiniz. Bəs niyə onu ancaq Azərbaycan dilində nəşr etməklə onun təsir dairəsini məhdudlaşdırırsınız? Səsinizi Azərbaycan dilini bilməyən milyardlarla oxucuya çatdırmaq üçün ən yaxşı yol əsərinizi ingilis dilinə tərcümə etdirməkdir. İngilis dilinə peşəkar tərcümə sayəsində siz həm oxucu auditoriyanızı genişlədəcək, həm də satışlarınızı artıracaqsınız.

Biz hansı kitabların tərcüməsi xidmətlərini təklif edirik?

Biz ayrıca ingilisdilli komandamız tərəfindən korrektə edilməklə Azərbaycan dilindən Amerika və ya Britaniya ingiliscəsinə tərcümə xidməti təklif edirik. Tərcümə xidmətləri göstərən digər şirkətlər sadəcə kitabınızı tərcümə edirlər, biz isə həm mətni tərcümə edir, həm də qəliz ifadələri asanlaşdırması və gözdən qaçan səhvləri düzəltməsi üçün onu ingilisdilli mütəxəssisə göndəririk. Yeri gəlmişkən, ProofreadingServices.com ilk əvvəl korrektə və redaktə xidməti olaraq işə başlayıb və dünyanın ən yaxşı ingilisdilli redaktorlarından bir neçəsi komandamızın üzvüdür.

Hansı növ əlyazmaları tərcümə edirik?

Biz dünyanın hər yerindən olan müəlliflərin romanları, qeyri-bədii əsərləri, uşaq kitabları və bir çox digər janrda kitablarını tərcümə edirik. Biz aşağıdakılar üzrə ixtisaslaşmışıq:

  • Bədii kitablar, məsələn, elmi fantastika romanları, mistik kitablar, sevgi romanları və tarixi romanlar
  • Elmi ədəbiyyat, məsələn, fəlsəfə, tarix, təbiət elmləri və digər mövzularda əlyazmalar
  • Biznes kitabları, məsələn, performans haqqında e-kitablar, fikir liderliyi haqqında kitablar və s.

Biz indiyədək minlərlə müştəri ilə işləmişik və onların kitabları gənclik bədii ədəbiyyatından memuarlara, kulinariya kitablarına və siyasət, texnika və incəsənət haqqında elmi-populyar kitablara qədər bir çox janr və mövzuları əhatə edir. Bir sözlə, dil mütəxəssislərimizin geniş şəbəkəsi ilə yanaşı çoxillik təcrübəmiz onu deməyə imkan verir ki, biz istənilən dildə və istənilən mövzuda yazılmış kitabları tərcümə və korrektə edə bilərik.

Kitabınızın tərcüməsi üçün niyə məhz bizim Azərbaycan dilindən tərcümə xidmətlərimizi seçməlisiniz?

ProofreadingServices.com olaraq, biz kitabları ümumi xarakterli mətn tərcüməçilərinə deyil, bədii tərcüməçilərə həvalə edirik. Təcrübəli bədii tərcüməçi yazdığınız janrın "priyom"larından istifadə etmək və sizin yazıçı dilinizi və bədii üslubunuzu qoruyub saxlamaq üçün hərfi tərcümədən kənara çıxacaqdır.

Biz bütün dünyadan olan müəlliflərin ən yaxşı tərcüməçilərlə və ingilisdilli korrektorlarla əlaqə yaratmasını asanlaşdırırıq. Bakı, Təbriz, Gəncə və ya başqa yerdə yaşamağınızdan asılı olmayaraq, ayrıca korrektə ilə Azərbaycan dilindən ingilis dilinə tərcümə xidmətimiz kitabınızı daha çox oxucunun alması və əsərinizdən zövq alması üçün ən asan yoldur. Biz münasib qiymətlərlə yüksək keyfiyyətli tərcümə xidmətləri və fantastik müştəri xidməti təmin etməyə çalışır və işimizdən məmnun qalacağınıza zəmanət veririk.

Tərcümə qiymətlərini öyrənmək üçün bizimlə əlaqə saxlayın.