Peşəkar onlayn tərcümə xidmətləri

Azerbaijani Translation Services

ProofreadingServices.com Azərbaycan dilindən ingilis dilinə, ingilis dilindən Azərbaycan dilinə və bir çox digər dil cütlüklərində peşəkar tərcümə xidmətləri təklif edir. Biz bütün dünyada alimlər, işaxtaranlar, biznesmenlər və müəlliflər üçün ingilis dilində korrektə və redaktə xidmətlərimizlə daha çox məşhur olsaq da, insan əməyi ilə tərcümə xidmətlərimiz yüksək keyfiyyətli iş, fantastik müştəri xidmətləri və əlverişli qiymətlərlə bağlı öhdəliyimizi davam etdirir.

Tərcümə qiymətlərini öyrənmək üçün bizimlə əlaqə saxlayın.

Biz hansı tərcümə xidmətlərini təklif edirik?

Yazınızı ingilisdilli ölkədə, ingilisdilli jurnalda və ya başqa bir yerdə nəşr etdirmək istəyirsiniz? Biz ayrıca ingilisdilli komandamız tərəfindən korrektə edilməklə Azərbaycan dilindən ingilis dilinə tərcümə xidməti təklif edirik.

Siz öz kontentinizi bütün dünyada ingilis dilində danışmayan milyardlarla insan üçün əlçatan etmək istəyirsiniz? Biz ingilis dilindən Azərbaycan, holland, Vyetnam və digər dillərə tərcümə xidməti təklif edirik.

Biz aşağıdakılar üzrə ixtisaslaşmışıq:

  • Akademik yazıların tərcüməsi. Jurnalda çap ediləcək məqalə, elmi məqalə, dissertasiya və tezislərinizin ingilis dilinə və ya ingilis dilindən Azərbaycan dilinə tərcümə edilməsini bizim komandamıza tapşırın. Beləliklə, siz öz işinizi daha geniş kütlə üçün nəşr etdirə və ya işinizin təsirini gücləndirə biləcəksiniz.
  • Biznes sənədlərinin tərcüməsi. Şirkətinizin vebsaytı, bloq paylaşımları, marketinq materialları və digər biznes kontentinin tərcümə edilməsi, biznesinizin böyüməsinin və daha çox pul qazanmanızın açarıdır.
  • Bədii tərcümə. Roman, memuar və ya ssenari - istənilən növ əlyazmanız üzərində çox çalışmısınız. Peşəkar insan əməyi ilə tərcümə xidmətləri oxucu auditoriyanızı əhəmiyyətli dərəcədə artıra və qlobal auditoriyanın işinizdən zövq almasına imkan yarada bilər.

ProofreadingServices.com olaraq, dil mütəxəssislərindən ibarət komandamız indiyədək Bakı, Təbriz, Gəncə və bütün dünyada məmnun müştərilər üçün minlərlə sənəd tərcümə edib. Digər tərcümə şirkətlərindən fərqli olaraq, biz Azərbaycan dilindən ingilis dilinə tərcümə xidməti ilə birlikdə ingilis dilinin korrektəsi xidmətini də təklif edirik ki, bu da tərcümə olunmuş sənədlərin dil daşıyıcısı tərəfindən yazıldığı təəssüratı yaradacaqdır.

Biz kimik?

ProofreadingServices.com tərcüməçiləri sizin bədii üslubunuzu və tərzinizi qoruyub saxlamaqla, işinizi dəqiq tərcümə etmək üçün bilik və təcrübəyə malikdirlər. Belə ki, bizim Azərbaycan dili tərcüməçilərimiz antropologiyadan geologiyaya qədər ən müxtəlif mövzular üzrə ixtisaslaşıblar, yəni sizin layihəniz fəaliyyət sahənizlə tanış olan komanda üzvünə həvalə ediləcəkdir. Beləliklə, əgər sizə ingilis dilindən və ya ingilis dilinə tərcümə olunmuş elmi məqalə, ədəbi icmal və ya bədii əsər lazımdırsa, siz Azərbaycan dili tərcüməçilərindən ibarət komandamızın layihənizin keyfiyyətli tərcüməsini həyata keçirəcəyindən əmin ola bilərsiniz.

Niyə məhz bizim Azərbaycan dilindən və əksinə tərcümə xidmətimizi seçməlisiniz?

ProofreadingServices.com olaraq, biz bütün dünyadan olan yazıçıların ən yaxşı tərcüməçilərlə və ingilisdilli korrektorlarla əlaqə yaratmasını asanlaşdırırıq. Bizneslər, alimlər və müəlliflər üçün əlverişli və dəqiq tərcümə xidmətləri səsinizi yeni oxuculara duyurmağa və dil və ya mövzudan asılı olmayaraq beynəlxalq bazarlara daxil olmağa kömək edəcəkdir. Biz peşəkar tərcüməçilərimizin işlərində nümayiş etdirdikləri yüksək keyfiyyət standartlarına görə qürur duyur və işimizdən məmnun qalacağınıza təminat veririk.

Tərcümə qiymətlərini öyrənmək üçün bizimlə əlaqə saxlayın.